Türkiyədə ötən gün koronavirusa 76 632 yoluxma halı qeydə alınıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) 266 nəfər vəfat edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 438 553 nəfər test edilib, 76 632 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 74 936 nəfər sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə