"“Check up” müayinəsi hansı yaşa görə müəyyən olunur? - HƏKİM MÜNASİBƏT BİLDİRDİ

"“Check up” müayinəsinin müddət aralığı əsasən yaşa görə müəyyən olunur. 35 yaşdan yuxarı insanlar üçün 6 aydan bir yəni heç olmasa ildə bir dəfə, 45 yaşdan yuxarı şəxslərə isə 6 aydan bir yoxlanması məsləhətdir". Bunu SİA-ya açıqlamasında cərrah-endokrinoloq Azər Hümmətov deyib.

Azər Hümmətov fikirlərini belə izah edib: ""Check up" xərçəng, xronoji xəstəliklərin və başqalarının qarşısının qabaqcadan alınması üçün aparılan müayinə üsuludur. “Check up” müayinəsinə qanın ümumi müayinəsi, şəkər, böyrək stnakları, qaraciyər stnakları, qarın boşluğu orqanlarının ultrasəs müayinəsi, kardioqramma müainələri daxildir. Bunun məqsədi altda yatan hər hansı gizli xəstəliyi qabaqcadan aşkarlamaqdır. Xəstəliyi qabaqcadan aşkarlamaq isə nəticədə xəstəliyin vaxtında müalicə olmasına səbəb olur. “Check up” xəstəlik inkişaf etməsin, ciddiləşməsin deyə aparılan proflaktik tədbirdir. Bunu da dəstəkləmək lazımdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə