Koronavirusu ağır keçirmənin səbəbləri

Elm adamları uzun müddətdir ki, Covidə nəyin səbəb olduğunu, kimin daha tez yoluxduğunu və həssas olduğunu anlamağa çalışırlar. SİA xəbər verir ki, bu yaxınlarda dünyada edilən bir araşdırma uzun müddət davam edən Covid sirrini həll etməyə çalışdılar. Tədqiqatlar tərəfindən dəstəklənərsə, uzunmüddətli Covidin qarşısının alına bilər və müalicəsi üçün yeni yolların inkişafı istiqamətində ilk addım ola bilər.

ABŞ-ın aparıcı universiteti, tibb fakültəsi və tibbi tədqiqat mərkəzlərinin mütəxəssislərinin daxil olduğu araşdırma çərçivəsində Covid-19 diaqnozu qoyulan 200 xəstə yaxın iki, üç ay ərzində izlənilib və bu xəstəliyin inkişafına səbəb ola biləcək bioloji amillər müəyyən edilib.

"Cell" jurnalında dərc edilən elmi araşdırma, bir insanın koronavirus infeksiyasının ilkin mərhələlərində dörd amilin daha uzun sürən simptomlarla əlaqəli ola biləcəyi qənaətinə gəlib. Tədqiqatçılar bu dörd amil ilə Covidin uzun müddət davam etdiyini, xəstəliyin yüngül və ya ağır olması olduğunu müşahidə etdilər. Tədqiqatlar, diaqnozdan dərhal sonra antiviral dərman terapiyasına başlamaq da daxil olmaqla, uzunmüddətli Covidin qarşısının alınması və ya müalicəsində müxtəlif üsullardan istifadə edilə biləcəyini ortaya qoyub.

Dörd amil hansılardır?

1. Xəstəliyin ilkin mərhələsində qanda koronavirus RNT-nin səviyyəsi: Bu, nə qədər virusun mövcudluğunun göstəricisidir.

2. Səhvən orqanizmin toxumalarına hücum edən antikorlardır.

3. Epstein Barr virusunun yenidən aktivləşməsi: İnsanlarda, adətən, herpesə səbəb olan bu virus, adətən, gəncləri yoluxur və sonra, adətən, hərəkətsiz qalır.

4. 2-ci tip şəkərli diabetin olması xəstəliyi ağırlaşdırır.

Sonuncu amil olan diabet, ümumiyyətlə, tədqiqatçılar və digər mütəxəssislər tərəfindən dəfələrlə araşdırılıb.

Növbəti iki-üç ay ərzində təqib edilən yorğunluq, beyin dumanı və nəfəs darlığı kimi 20 simptomdan ən azı üçünü və ya daha çoxunu göstərənlərin 95 faizində bu dörd faktordan ən azı biri görülür.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə