Peyvənd olunmuş insanlarda "omikron"un beş simptomu açıqlanıb

Britaniyalı epidemioloq, professor Tim Spektor peyvənd olunmuş xəstələrdə koronavirusun "omikron" ştammının özünü necə biruzə verdiyini izah edib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, mütəxəssis koronavirusa qarşı peyvənd olunanlarda "omikron"un beş simptomunu açıqlayıb. O, bildirib ki, virus mutasiyası soyuqdəyməyə bənzər simptomlara səbəb olur. Bunlara burun axması, asqırma, yorğunluq, baş ağrısı və boğaz ağrısı daxildir.

Alim qeyd edib ki, "omikron" ştammına yoluxan xəstələrin yalnız yarısında qızdırma, öskürək və qoxu olmaması kimi xəstəliyin ümumi simptomları müşahidə olunub.

"Omicron, xüsusilə peyvənd olunmuş insanlarda daha çox soyuqdəymə kimi simptomlara və daha az ümumi sistem simptomlarına səbəb olur", - deyə Spektor vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...