Qebreyesusun namizədliyinə baxılacaq

O növbəti 5 il üçün ÜST-ün baş direktoru vəzifəsini tuta biləcəkmi?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İcraiyyə Şurası bazar ertəsi Cenevrədə açılacaq 150-ci sessiyasında (24-29 yanvar) növbəti 5 il müddətə təşkilatın baş direktoru vəzifəsinə təyin olunması üçün Tedros Adhanom Qebreyesusun namizədliyinə baxacaq.

SİA-nın məlumatına görə, vəzifəyə təyinatla bağlı qərar mayın 22-dən 28-dək Cenevrədə keçiriləcək assambleyada gizli səsvermə yolu ilə qəbul ediləcək.

Həmçinin, ÜST-ün may ayında keçirilməsi planlaşdırılan sessiyasında Assambleyaya hazırlıq, o cümlədən pandemiya ilə mübarizə, poliomielit xəstəliyinin ləğvi, İİV-lə mübarizə, fövqəladə hallara hazırlıq və adekvat tədbirlər və s. bu kimi problemlərə də diqqət yetiriləcək.

Qeyd edək ki, ÜST-ün Konstitusiyasına uyğun olaraq, Baş direktor namizədliyə ilkin baxan İcraiyyə Şurasının təklifi ilə da təyin edilir.

Hazırkı baş direktorun namizədliyi daha əvvəl təşkilata üzv olan 194 ölkədən 28-i tərəfindən təklif edilmişdi. Cari sessiyada Şurada olan 34 dövlətin nümayəndələri namizədlə müsahibə keçirəcək, o, ÜST-ün fəaliyyəti ilə bağlı öz baxışını təqdim edəcək və sualları cavablandıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə