İtaliyada bir gündə koronavirusdan 300-dən çox insan ölüb.
SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, koronavirusdan son sutkada 313 nəfər ölüb. Yeni yoluxma hallarının sayı təxminən 200 minə çatıb. Ölkədə virusa yoluxanların sayı 2,2 milyon nəfər təşkil edir.
Eyni zamanda, 17 mindən çox insan xəstəxanalarda müalicə alır.Həftə ərzində xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin ümumi sayı təxminən üçdə bir artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB