Bu qaydalara əməl etməyənlərin “Peyvənd setifikatı” ləğv olunacaq - DİQQƏT! - MÜNASİBƏT BİLDİRİLDİ

Bu qaydalara əməl etməyənlərin “Peyvənd setifikatı” ləğv olunacaq - DİQQƏT! - MÜNASİBƏT BİLDİRİLDİ

""Fevralın 15-dən etibarən Covid-19-a qarşı "Peyvənd sertifikatı" etibarsız sayılacaq. Ümumiyyətlə burada mühüm addım ondan ibarətdir ki, buster dozanın vurulması müəyyən qaydalar çərçivəsində tənzimlənsin”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli bildirib.

Onun sözlərinə görə, burada insanların təhlükəzliyi ön plana çıxarılmışdır: “Buster doza qəbul edən şəxslərdə virusa yoluxma ehtimalı aşağı düşür. Qeyd edim ki, virusa yoluxsalar belə həmin dövrün yüngül formada keçməsinə kömək edir. Yəni fevralın 15-nə qədər buster dozanı almağın vacibliyi bu qaydalarda qeyd edilir. 2-ci dozanın üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək. Buster dozanı qəbul edən şəxslərdə “Peyvənd sertifikatı” müddətsiz olacaqdır. Bu baxımdan hər kəsi buster dozanı almağa və vaksinasiyada fəal iştirak etməyə dəvət edirəm. Bu qaydalara əməl etməyən şəxslərin “Peyvənd setifikatı” ləğv olunacaqdır. Bu da həmin insanların istər kütləvi məkanlara, istərsə də digər sahələrə daxil olmağına müəyyən məhdudiyyətlərə gətirib çıxara bilər".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə