İtaliyada son 24 saat ərzində COVID-19 infeksiyasına daha 219 min 441 nəfər yoluxub.
SIA xəbər verir ki, ölkədə koronavirusa ümumi yoluxma sayı isə 6 milyon 975 min 465-ə çatıb.
2020-ci ilin fevral ayından bu vaxtadək İtaliyada ilk dəfə COVID-19-a gündəlik yoluxma sayı 200 mini ötüb.
Səhiyyə Nazirliyindən bildirilib ki, ötən gün virusun qurbanlarının sayı 198 nəfər artaraq ümumilikdə 138 min 474-ə yüksəlib. Hazırda ölkədə 1 milyon 593 min 579 aktiv COVID-19 xəstəsi var, reanimasiya şöbəsində olanların sayı 1467 nəfərdir.
Keçən il dekabrın 27-dən etibarən aparılan vaksinasiya kampaniyası çərçivəsində isə bu günədək ölkədə 113 milyon 516 min 503 doza peyvənd tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB