Təhsil müəssisələrində psixoloqa ehtiyac varmı? - MÜNASİBƏT BİLDİRİLDİ

Təhsil müəssisələrində psixoloqa ehtiyac varmı? - MÜNASİBƏT BİLDİRİLDİ

“Təhsil müəssisələrində psixoloqların fəaliyyət göstərməsi çox yaxşı bir tendensiyadır. Bildiyimiz kimi özəl baxçalarda müxtəlif psixoloji klublar fəaliyyət göstərir”. Bu sözləri SİA-ya açıqlamasında klinik psixoloq Nuriyyə Quliyeva bildirib.

Onun sözlərinə görə, bu klublar uşaqların şəxsi inkişaf səviyyəsinin artmasına və baxçaya adaptasiya olmasına kömək olur: “Psixoloji klublar ildə 2 dəfə uşaqların inkişafı və idrak prosesi ilə bağlı testlər keçirirlər. Bu test nəticələri məqbul sayılmadığı təqdirdə həkimlərə müraciət olunur. Hər zaman dediyim kimi erkən müdaxilə qoyulmuş diaqnozun yüngülləşməsinə səbəb olur. Məktəbdə də psixoloqların fəaliyyət göstərməsi çox təqdirəlayiq bir ənənədir. Çünki biz necə ki, səhhətimizdə hər hansısa bir problem baş verdikdə həkimə müraciət ediriksə, eyni zamanda da, psixologiyamızda müəyyən gərginlik və narahatlıq hiss etdikdə mütləq şəkildə psixoloqa müraciət etməliyik. Təbii ki, hər bir valdeyinin övladını psixoloqa aparmaq üçün maddi durumu yoxdur. Belə olduğu halda da hər məktəbdə psixoloqlar fəaliyyət göstərir. Bu psixoloqlar məktəbdə psixoloji durumunda müəyyən problemlər yaşayan gənclərin həmin çətinlikləri dəf etməsi üçün yardım göstərirlər. Həmin psixoloqlarda öz üzərlərində çox aktiv işləyib müxtəlif təlimlərə və treninqlərə qoşulurlar".

Bütün xəbərlər Facebook səhifəmizdə