Yunanıstanda ardıcıl beşinci gündür ki, koronavirus infeksiyasına maksimum yoluxma qeydə alınıb və sutka ərzində 40 560 yoluxma hadisəsi müşahidə edilib. SİA xəbər verir ki, bu barədə “EODY” Milli İctimai Səhiyyə Təşkilatı cümə günü məlumat yayıb.
Qeyd olunur ki, bir gün əvvəl gün ərzində 35 580 hadisə baş verib.
Bildirilir ki, gün ərzində 76 nəfər dünyasını dəyişib. Xəstəliyə yoluxanların ümumi sayı təxminən 1,21 milyon nəfərə çatıb. Yunanıstanın əhalisi 10,7 milyon nəfərə qədərdir və bu vaxta qədər ümumilikdə 20 790 nəfər bu xəstəlikdən dünyasını dəyişib.
Xatırladaq ki, Yunanıstanın səhiyyə naziri Tanos Plevris daha əvvəl rekord artımın Yunanıstanda üstünlük təşkil edən omikron ştammı ilə bağlı olduğunu bildirib. Koronavirusun sürətlə yayılması ilə əlaqədar Yunanıstan hakimiyyəti dekabrın 30-dan etibarən bir sıra yeni məhdudiyyətlər tətbiq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB