Saxta kosmetik məhsulların dəriyə hansı ziyanları var? - KOSMETOLOQ AÇIQLADI
"Son zamanlar qadınlar arasında üz dərisinə, bədənə qulluq, eləcə də kosmetik vasitələrə maraq artıb. Buna görə də, saxta məhsullar geniş miqyasda yayılıb". Bu sözləri SİA-ya açıqlamasında kosmetoloq Aysu Əhmədli deyib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, orijinal məhsullarla heç də eyni keyfiyyətdə olmadığına görə ziyanları da göz qarşısındadır: "Saxta kosmetik məhsulları orijinal məhsullardan ayırmaq üçün ilk olaraq qablaşdırmaya diqqət etmək lazımdır. Üzərində ştrix kodlar qeyd olunan bütün məhsullar yoxlanılmalı və istehsalçı ölkə ilə birə-bir üst-üstə düşməlidir. Krem məhsullar üçün ayrıca testrları olmalıdır. Ümumiyyətlə saxta məhsul istifadə olunan zaman keyfiyyətcə orginal məhsuldan fərqli olduğu bəlli olur. İkincisi isə qiymət məsələsidir. Orginal məhsulun qiyməti heç vaxt ucuz ola bilməz. Saxta məhsulun tərkibində bəzi kimyəvi maddələr var ki, həmin maddələr orqanizmə çox ziyandır. Bundan başqa krem məhsulları allergik reaksiyalar verməklə yanaşı bildiyimiz kimi konserogen təsiri vardır. Beləliklə ziyanlı maddələr orqanizmdə toparlanaraq inkiçşafın ləngiməsinə, xərçəng kimi xəstəliklərə, yaşlanmaya və qırışların artmasına səbəb olur".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB