1 milyon 200 mindən çox vətəndaş buster dozanı alıb - PREZİDENTİN KÖMƏKÇİSİ

1 milyon 200 mindən çox vətəndaş buster dozanı alıb - PREZİDENTİN KÖMƏKÇİSİ

“Elmi tədqiqatlar göstərir ki, vaksinasiya iki dozadan sonra kifayət qədər yüksək qoruyucu qüvvəyəı malikdir”. SİA-nın verdiyi məlumata görə bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən birifinqində Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, həmin tədqiqatlardan görünür ki, ikinci dozadan 4 ay sonra həmin immunitet azalmağa başlayır: “Bunun üçün isə buster dozanın vurulması tövsiyə olunur. Azərbaycanda da bu prosesə başlanılıb. Artıq 1 milyon 200 mindən çox vətəndaş buster dozanı alıb. Hazırda da bu proses davam edir”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə