Ən çox yoluxma faktı Xətai və Binəqədidə rayonunda olub - TƏBİB RƏSMİSİ

Ən çox yoluxma faktı Xətai və Binəqədidə rayonunda olub - TƏBİB RƏSMİSİ

“Azərbaycanda bu günə qədər 600 mindən çox yoluxma sayı olub”. SİA-nın verdiyi məlumata görə bu sözləri bu gün keçirilən brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, son yoluxma sayı 377-dir: “Ən yüksək nisbət 2020-ci ilin noyabr və dekabr aylarında olub. Son 3 ay ərzində ən yüksək nəticə noyabr ayında baş verib. Yoluxma sayı 21%-ə qədər çıxıb. Ümumi olaraq respublikada pozitif nəticə Bakı və Abşeronda olub. Bakı şəhər ərazisində ən çox yoluxma faktı Xətai və Binəqədidə rayonunda olub”.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə