Mavrikiya Respublikasında "Omikron" koronavirus ştammı ilə yoluxmanın ilk iki halı müəyyən edilib. SİA xəbər verir ki, bu barədə yerli “ION News” portalı məlumat yayıb.
"İki nəfərin "Omikron" ştammına görə testi müsbət çıxması barədə səhiyyə naziri Kayleş Yaqutpal dekabrın 10-da bildirib", deyə portal yazır.
Qeyd olunur ki, yoluxanlardan biri ölkəyə Cənubi Afrikadan noyabrın 27-də gəlib. İkinci yoluxmuş şəxs isə Tamaren kənd sakinidir.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), noyabrın sonundakı fövqəladə iclasdan sonra, Cənubi Afrikada tapılan koronavirusun yeni variantını narahatlıq doğuran kimi təsnif etmək qərarına gəlib və ÜST yeni ştamın adını yunan hərfi olan omikron ilə B.1.1.529 adlandırıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB