Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirus epidemiyası ilə əlaqədar qismən qapanma başlayıb. Moskva bələdiyyəsinin ötən həftə verdiyi qərara əsasən, şəhər sakinləri bu gündən noyabrın 7-dək məzuniyyətdə olacaqlar. SİA xarici mətbuata istinadən bildirir ki, bu zaman ərzində şəhərdəki dərman və qida sahəsində fəaliyyət göstərən şirkətlər istisna olmaqla digər bütün şirkətlər bağlanıb. Bununla belə, sözügedən dövrdə restoran və kafelər, dövlət idarələri də bağlanacaq.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə