Karantin qaydaları sərtləşdirilir - DİQQƏT!

Serbiya hökuməti oktyabrın 23-dən başlayaraq gecə saatlarında kafe, otel və restoran kimi qapalı məkanlara daxil olmaq istəyənlərdən vaksin sertifikatı tələb olunmasına qərar verib. SİA xəbər verir ki, bu barədə Serbiyanın Baş naziri Ana Brnabiç məlum verib.

Onun sözlərinə görə, ölkədə epidemioloji vəziyyətin hələ də ağırdır: "Bu müsbətə doğru getir. Oktyabrın 23-dən etibarən saat 22:00-dan sonra ölkədəki kafe, otel və restoranlara daxil olmaq istəyənlərdən vaksin sertifikatı, mənfi PCR testi və ya COVID-19 xəstəliyini keçirdiyini təsdiq edən sənəd tələb ediləcək. Əcnəbilərdən isə Avropa İttifaqının COVID-19 sertifikatı və ya Serbiyanın ikitərəfli razılaşması olduğu ölkələr tərəfindən verilmiş oxşar sənədlər tələb olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə