Koronavirus infeksiyasına qarşı tibbi-profilaktiki tədbirlər ölkəmizin hər yerində olduğu kimi, Göyçay rayonunda aparılır. SİA xəbər verir ki, burada əsasən binalar, binaların girişi, parklar, prospektlər, yollar və məscidlər dezinfeksiya edilir.
Dezinfeksiya işlərindən əvvəl vətəndaşlar məlumatlandırılır, iaşə obyektlərinə giriş məhdudlaşdırılır. Dezinfeksiya işlərini aparan Göyçay rayon Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən həftədə 3 dəfə ümumşəhər ərazisində proses təkrarlanır.
Qeyd edək ki, sözügedən yaşayış binalarında dezinfeksiya işləri başa çatdıqdan sonra binaların təkrar 2-ci və 3-cü dəfə dezinfeksiya olunması da nəzərdə tutulub.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB