Koronavirus dünya üzrə 3 faiz artıb - Son bir həftə ərzində

Koronavirus dünya üzrə 3 faiz artıb - Son bir həftə ərzində

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri ötən həftə dünyada 2.68 milyondan artıq insanın koronavirus infeksiyasına yoluxduğunu, bunlardan da təxminən 54 min nəfərinin öldüyünü bildiriblər. Qeyd edək ki, təşkilat son zamanlar dünya üzrə koronavirus infeksiyasına yoluxmaların təqribən 3 faiz artdığını bildirib: “26 iyun - 4 iyul tarixləri arasında dünyada 2 688 651 infeksiya hadisəsi aşkar edilib ki, bunun nəticəsində də 53 958 nəfər ölüb. Ümumilikdə, 4 iyul tarixinə qədər isə dünyada infeksiyaya yoluxan 183.198.019 nəfərin 3.971.687 nəfəri ölüb”.

Qeyd edək ki, son zamanlar koronavirus infeksiyasına yoluxmalar daha çox Braziliya (364 709), Hindistan (312.250), Kolumbiya (204.556), İndoneziya (168.780) və İngiltərədə (161.805) qeydə alınıblar.

Bundan əlavə, ən yüksək insident Seyşel adalarında (100 min əhaliyə 758 yeni hadisə), Monqolustanda (472), Kolumbiya (402), Namibiya (367) və Kiprdə (324) qeydə alınıb.

Maraqlıdır ki, son həftələrdə koronavirusla bağlı yoluxmalar Amerika qitəsində azalsa da, amma Avropa və Afrikada xeyli artıb.

Belə ki, Avropada son bir həftə ərzində koronavirusa yoluxan 505 mindən artıq insanın 6 mindən çoxu ölüb.

Xatırladaq ki, mütəxəssislər son günlər koronavirusun “delta” variantının dominant olacağını da istisna etmirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə