"Hindistan ştammı" Azərbaycana yayılıb? - XƏBƏRDARLIQ! - HƏKİM İNFEKSİONİST AÇIQLADI

"Hindistan ştammı" Azərbaycana yayılıb? - XƏBƏRDARLIQ! - HƏKİM İNFEKSİONİST AÇIQLADI

“Bu gün üçün Azərbaycanda "Hindistan ştammı" aşkar olunmayıb. Ancaq təəssüf ki, dünyanın artıq 90-dan çox ölkəsində sözügedən ştamm növü qeydə alınıb”. Bu fikirləri SİA-ya açıqlamasında həkim-infeksionist Nəzrin Mustafayeva deyib.

Həkimin sözlərinə görə, əgər ölkədə virus aşkarlanarsa, bununla bağlı məlumat veriləcək: “Hazırda Azərbaycan digər ölkələrdən tam izolə olunmuş vəziyyətdə deyil. Bu səbəbdən də "Hindistan ştammı" Azərbaycana gələ bilər”.

“Bunun qarşısını almaq və ya gecikdirmək üçün kütləvi peyvəndləmə vacibdir”- deyə, N.Mustafayeva vurğulayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə