İmplantlar, zədələnmış dişlərin estetikasını bərpa etmək üçün çənə sümüyünə yerləşdirilən süni dişdir. SİA-nın məlumatına görə, sağlam dişlərə ziyan dəyməmasi üçün, zədələnmiş diş çıxarılır və implant yerləşdirilir. Birdən çox dişin zədələnməsi olduqda isə damağa körpü şəklində implantın yerləşdirilməsi məsləhət görülür.
İmplantın nə kimi xeyri var?
İmplant möhkəm, rahat və etibarlı bir protezdir. İmplantlarda hazırlanan protezlər həqiqi dişləri əvəz edir və ən təbii quruluşu yaradır. Zədələnmiş dişlərə implant qoyulması sağlam dişlər üçün təhlükə yaratmır. Uzun müddət ağızda qalır və heç bir ziyanı yoxdur. Normalda diş tökülməsinin səbəbi fizioloji olmaqla yanaşı həm də psixolojidir. İmplant, təbii dişin yerini tutan xüsusi bir protezdir. Diş tökülməsinin sağlam həlli yollarından biridir.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB