Türk mütəxəssis Ayşegül Karalezli məsələ ilə bağlı məlumat verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, siqareti tərgitdikdən 3-4 il sonra infarkt riski minimuma enir və bu səbəbdən də siqareti tərgitmək sağlamlıq üçün vacibdir.
Ayşegül Karalezli sözlərinə belə davam edib: "Dünya Səhiyyə Təşkilatının bu il üçün "siqareti tərgitmək önəmlidir" adlı mövzusu təyin edilib. Bu çərçivədə siqareti tərgitmə, xəstəxanalarda xəstələrə lazımi dəstək verir".
Siqaretin ağciyər, sidik kisəsi, boğaz xərçəngi və iflic kimi bir çox xəstəliyə səbəb olduğunu bildirən Karalezli, onun bütün orqanlara zərər verdiyini də vurğulayıb.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB