Türk dermatoloji mütəxəssis Nalan Kükürd dəri xəstəliklərinə günəşdən yayılan zərərli ultrabənövşəyi şüaların səbəb olduğunu bildirib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həkim xüsusilə, yaz aylarında daha çox rast gəlinən dəri xəstəlikləri haqqında məlumat verib.
Onun sözlərinə görə, isti ayların gəlişi dəri xəstəliklərini də özü ilə gətirəcək: Dəri xəstəliklərinə günəşdən yayılan zərərli ultrabənövşəyi şüalar səbəb olur.
Günəş Allergiyası
Günəş allergiyası dərinin günəşin zərərli şüalarına reaksiyasıdır. Simptomlar ümumiyyətlə qaşıntı və şişlikdir. Bununla birlikdə şiddətli günəş allergiyası həm də özünü sulu qabarcıqlar və şişlik şəklində göstərə bilər. Bu vəziyyətdə günəşdən təsirli qorunma, görüləsi ilk və ən vacib tədbirdir.
Ürtiker
Araşdırmalar göstərir ki, hər dörd nəfərdən biri ömür boyu ən azı bir dəfə ürtiker xəstəliyinə tutulub. Ürtikerin ən ümumi səbəbi yayla birlikdə polen artımıdır. Dəridə şişmiş, qırmızı, yaxşı təyin olunmuş və qaşınan səpgilər ürtikerin əsas simptomları kimi önə çıxır. Bu səpgilərdə yox olur və bədənin başqa yerlərində yenidən görünür. Ancaq simptomlar xəstələri, xüsusən gecə saatlarında daha çox narahat edir və həyat keyfiyyətlərinə mənfi təsir göstərir. Şiddətli qaşınma bəzən dözülməz dərəcəyə çatır. İnkişaf etmiş hallarda, göz qapağında və dodaqlarda şişkinlik meydana gələ bilər və nəticədə təcili müdaxilə məcburidir.
Göbələk infeksiyaları
Yoluxucu dəri infeksiyası olan və tez-tez rast gəlinən göbələk bədənə daxil olan orqanizmlərin yerləşdiyi yerlərdə sulu və ya quru dəri, qaşınma və qızartı şəklində özünü göstərir. Xüsusilə şəkərli diabet xəstələrinin ayaqlarında meydana gələn göbələk xəstəliyi gözardı edilməməlidir. Göbələk dəri xəstəlikləri isti və nəmli mühitlərdə daha çox olduğu üçün şəxsi gigiyenaya diqqət yetirmək, xəstə insanlarla təmasdan çəkinmək, sintetik olmayan ayaqqabılar geyinmək və paltar seçimində pambıq paltar seçmək vacibdir.
Allergik dəri xəstəlikləri
Yazda allergik rinit (saman qızdırması) və astma xəstələrində allergik dəri xəstəlikləri daha çox inkişaf edir. Bu dövrdə, polenlərdən, allergiya əmələ gətirən qidalardan, ev tozundan və stresdən mümkün qədər çəkinməklə yanaşı, mütəxəssis bir həkimdən də kömək almaq lazımdır.
Günəş ləkələri
Baharın gəlişi ilə günəş işığına məruz qalan bölgələrdə qara ləkələr və günəş yanığı görünür. Dəridə qırış əmələ gəlməsi nəticəsində erkən dəri yaşlanma yarana bilər. Bunlara əlavə olaraq, sonrakı illərdə dəridə bədxassəli şişlər (xərçəng) belə inkişaf edə bilər. Bu səbəbdən də bahar aylarında zərərli günəş şüalarına məruz qalmamaq və lazım olduqda çox faktorlu günəş kremi istifadə etmək üçün günəşin dəriyə çatmasına mane olacaq paltar geymək vacibdir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB