Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 033 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4148, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28 885 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 626 916, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 996 400, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 630 516 təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...