Koronavirusu bir saniyəyə məhv edən üsul tapılıb

Texasın A&M universitetinin bir qrup tədqiqatçısı SARS-CoV-2 virusunu bir anın içində məhv etməyə imkan verən qurğu yaradıb. SİA xəbər verir ki, paslanmayan poladdan hazırlanmış bu boru seksiyasına koronaviruslu məhlul tökülür. Cihazı 72 dərəcə selsiyədək qızdırdıqda, virusun titri cəmi yarım saniyə ərzində 100 min dəfə azalır. Bu isə patogeni neytrallaşdırmaq üçün kifayətdir.

Tədqiqatçıların məlumatına görə, termik işlənmə sözügedən üsuldan mövcud isitmə, havalandırma və kondisioner sistemlərində istifadə etməyə imkan verəcək.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə