Rusiyanın ilk tibb təhsil müəssisəsi olan Seçenov Universitetinin pulmonologiya şöbəsinin müdiri Sergey Avdeyev siqaret çəkənlərin koronavirusdan ölüm riskinin siqaret çəkməyənlərdən qat-qat yüksək olduğunu bildirib.

SİA bu barədə rus mətbuatına istinad edir.

Avdeyev koronavirusa yoluxan siqaret çəkənlərin ölüm ehtimalının yüzdə 90-dan da daha çox olduğunu bildirib. Eyni zamanda, mütəxəssis siqaret çəkənlərin infeksiyaya daha asan dözdükləri barədə yayılan xəbərləri də əsassız sayıb. O, daha çox təcrübəsi olan siqaret çəkənlərin koronavirusa yoluxduğu halda onların, əsasən, xəstəxanaların reanimasiya şöbəsinə yerləşdirildiklərini bildirir.

“Təəssüf ki, siqaret çəkmə koronavirus üçün zəif bir proqnoz faktorudur” –deyən Sergey Avdeyev bir müddət bundan əvvəl koronavirusun saçların ağarmasını sürətləndirə biləcəyini də bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə