Şəkərin əzələlərə vurduğu ciddi zərər

Yaponiyadan olan elm adamları şəkərin əzələlərə ciddi zərər verdiyini bildirirlər. Onlara görə, qlükoza, həqiqətən, hüceyrələrin inkişafı üçün lazım olsa da, lakin onun yüksək səviyyədə qəbulu zərərli təsir göstərir. SİA rus mətbuatına istinadən xəbər verir ki, bu prosesin böyüməsi hüceyrələrə mənfi təsir göstərir.

Təcrübə zamanı bu hüceyrələrin yüksək şəkər səviyyəsinə cavab olaraq çoxaldığı da ortaya çıxıb. Maraqlıdır, niyə şəkərli diabet və yüksək qan şəkəri olan xəstələr əzələ kütlələrini tez itirirlər? Qeyd edək ki, bunun cavabı hələ müxtəlif versiyalarla izah edilsə də, amma tədqiqatçılar, gələcəkdə insanların əzələ sağlamlığını dəstəkləyən üsulların inkişaf etdirə biləcəklərini də istisna etmirlər.

Bu arada alimlər şirniyyatın mənfi təsirinin uşaqlardan da yan keçmədiyi qənaitinə gəliblər. Məsələn, amerikalı alimlər şirniyyat sevgisinin uşaqlarda yaddaş problemi yarada biləcəyi söyləyirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə