Azərbaycanda peyvənd olunanların sayı 526 mini keçdi

Azərbaycanda peyvənd olunanların sayı 526 mini keçdi
Martın 27-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 18,772 nəfər vaksinasiya olunub. Bu barədə SİA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 526,401 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə