1429 yeni yoluxma qeydə alındı 17 nəfər öldü

1429 yeni yoluxma qeydə alındı 17 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına 1429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 17 nəfər COVID-19-dan vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 250 921 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 234 382 nəfər müalicə olunaraq sağalıb, 3 421 nəfər vəfat edib. Aktiv xəstə sayı 13118 nəfərdir. Son sutkada 8 760, hazırkı dövrədək isə 2 807 861 test aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə