“Rezidentura təhsilinə Mərkəzi Gömrük Hospitalında başladığıma görə şanslıyam” Rezident

Mərkəzi Gömrük Hospitalının Azərbaycan Tibb Universiteti ilə 2018-ci ilin oktyabr ayında imzaladığı ikitərəfli müqaviləyə əsasən Universitetin məzunları Hospitalda rezidentura təhsili alırlar. Onlar Hospitalın peşəkar həkimlərinin yanında seçdikləri ixtisasların incəliklərini dərindən öyrənir, bilik və bacarıqlarını təkmilləşdirərək, təcrübə qazanırlar.Mərkəzi Gömrük Hospitalı pandemiya xəstəxanası kimi fəaliyyət göstərdiyi müddətdə rezidentlər də bütün tibb personalı ilə birgə COVİD-19 xəstəliyi ilə mübarizəyə qoşularaq yalnız kovidli xəstələrə tibbi xidmət göstərirlər. Onların arasında Azərbaycan Tibb Universitetini 2012-ci ildə bitirmiş və 2018-ci ildə Hospitalın Efferent terapiya şöbəsində nefrologiya ixtisası üzrə rezident fəaliyyətinə başlamış 3-cü kurs rezidenti Şəbnəm Qədiməliyeva da var.

Şəbnəm Qədiməliyeva 1995-ci il iyunun 4-də Ağstafa rayonunda anadan olub. 2001-2012-ci illərdə Bakı şəhəri 12 saylı orta məktəbdə təhsil alıb. Məktəbdə oxuduğu illərdə həkim olmağı arzulayan Şəbnəm Qədiməliyeva 2012-ci ildə 671 balla Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub, 2018-ci ildə Universiteti qırmızı diplomla bitirib. Həmin il Mərkəzi Gömrük Hospitalında nefrologiya ixtisası üzrə rezidentura təhsilinə başlayıb.Kuratoru Efferent terapiya şöbəsinin rəisi, həkim nefroloq Dr.Mirmənsim Məmmədovun rəhbərliyi altında nefrologiyanın müxtəlif sahələrinin sirlərini öyrənir. Bununla yanaşı Hospitalın Transplantasiya şöbəsində Dr.Mircəlal Kazımi və Dr. Elnur Fərəcovun köməkliyi ilə ilə böyrək transplantasiyası üzrə praktiki biliklərə yiyələnib.

Hospitalın bütün kollektivi kimi stasionarda koronavirus xəstələrinin müalicəsi ilə məşğul olur. O, həkim-infeksionist Dr.Afət Əkbərovadan COVİD infeksiyası ilə mübarizə metodlarını və müalicə prinsiplərini öyrənir. O,rezidentura təhsilinə Mərkəzi Gömrük Hospitalında başladığıma görə özünü şanslı hesab edir. Arzusu gələcəkdə yüksək ixtisaslı həkim olmaqdır.

(012) 404-08-08Bakı,

K.Kazımzadə, 118

#ŞəbnəmQədiməliyeva #rezident #ATU #rezidentura

#anestezioloq #reanimatoloq #həkimrezident

#MərkəziGömrükHospitalı #CentralCustomsHospital

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...