Koronavirusa qarşı vaksinin qoruyuculuq müddəti ilə bağlı hazırda dəqiq bir söz demək çətindir. Ancaq ən az bir il qoruyuculuq müddətinin olduğu deyilir. SİA-nın məlumatına görə, bunu TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brinfinqdə deyib.
R.Bayramlı bildirib ki, bununla bağlı vəziyyəti zaman göstərəcək: “Ən az bir il qoruyuculuğu barədə fikirlər var. Bəlkə bu müddət uzun oldu, bəlkə ildə bir fədə vaksinasiyaya ehtiyac olacaq, bəlkə vaksinin təsiri ömürlük olacaq. Bütün bunları zaman göstərəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB