Hindistanda virusa yoluxanların sayı 500 minə çatır

Hindistanda virusa yoluxanların sayı 500 minə çatır

Hindistanda son sutka ərzində yeni növ koronavirusa yoluxanların sayı 17,2 min artaraq 490 401 nəfərə çatıb.
SİA-nın məlumatına görə, bunu ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi açıqlayıb.

Nazirliyin məlumatına görə, hazır ölkədə 189 463 aktiv koronavirus xəstəsi var, 285 636 nəfər sağalıb (son gündə 13 940 pasiyent), 15 301 nəfər (son gündə 407 nəfər) ölüb.

Cons Hopkins Universitetinin hesablamalarına görə, Hindistan yoluxma hallarının sayına görə Böyük Britaniya, İtaliya və İspaniyanı qabaqlayaraq dünyada 4-cü sıraya yüksəlib. Dünyada koronavirusa yoluxma hallarının ən çox olduğu ilk 3 ölkə bunlardır: ABŞ, Braziliya və Rusiya.

Bütün xəbərlər Facebook səhifəmizdə