Belarusda 214 nəfər koronavirusdan ölüb

Belarusda son sutkada 897 nəfər koronavirusa yoluxub, bununla da aşkar edilmiş ümumi yoluxma sayı 38 956-ya çatıb. SİA-nın ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, daha 6 xəstə vəfat edib. Epidemiya başlayandan bəri 214 nəfər koronavirusdan ölüb.

Belarusda son bir neçə həftə ərzində virusa yoluxma tempi 900-dən aşağı düşüb. İndiyədək COVID-19 diaqnozu qoyulmuş 15 923 xəstə sağalaraq evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə