"Azərbaycan pandemiyaya qarşı ən öncül mübarizə aparan ölkələrdəndir" Hande Harmancı
Azərbaycan pandemiyaya qarşı ən öncül mübarizə aparan ölkələrdəndir. SİA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, insanlar “pandemiya bitdi” deyərək köhnə həyatlarına qayıdarlarsa, xəstə sayında artım olacaq:“Hazırkı yumşalma tədbirlərinin nəticəsi olaraq, təxminən 7-10 gün sonra xəstə sayında artım ola bilər. O zaman yenidən xüsusi karantin rejiminin uzadılmasından söhbət gedə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB