Azərbaycanlı radioloq COVID-19-la bağlı önəmli nəticələri açıqladı AÇIQLAMA-ÖZƏL
“Ümumbəşəri problem COVID-19 infeksiyasının diaqnostikası ilə bağlı radioloqlar və klinistlər üçün indiyədək önəmli olan araşdırmaların nəticələri açıqlanıb”. Bu barədə SİA-ya Azərbaycan Tibb Universitetinin Şüa Diaqnostikası kafedrasının müdiri Məlahət Sultanova məlumat verib.
O bildirib ki, hər bir sahədə olduğu kimi koronavirus xəstəliyində də radioloqlar COVİD 19 ailəsinin ayılmaz üzvüdürlər: “Xəstəliyin kliniki təqibi ilə yanaşı, radioloji dinamikası proqnostik cəhətdən mühüm əhəmiyyətə malikdir. Araşdırmanın özəlliyi ondadır ki, burada Azərbaycanda olan təcrübə əlavə olunub, tədqiqatda xəstələrimizlə bağlı nəticələr əks olunub”.
Radioloq qeyd edib ki, bu təqdimatda dünya üzrə aparılan araşdırmaların nəticələri ilə yanaşı, azərbaycanlı həkimlərin əldə etdiyi nəticələrin yer alması çox önəmlidir: “Biz xəstələri yalnız müşahidə və müalicə etməklə kifayətlənmirik. Həm də xəstəliyin diaqnostikası və müalicəsinin elmi nəticələrini açıqlayır, məsələyə akademik baxımdan yanaşırıq”.
Qeyd edək ki, ATU əməkdaşı M.Sultanova Azərbaycanda bu sahədə əldə olunan təcrübənin nəticələri ilə bağlı bəzi elmi məqalələri xarici jurnallara da təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB