Koronavirusun yayılmasının başçıca səbəbi nədir? HƏKİM AÇIQLADI

Koronavirusun yayılmasının başçıca səbəbi nədir? HƏKİM AÇIQLADI

"Bu gün koronavirusun yayılmasında əsas problem xəstəliyin asimptomatik gedişatında olan şəxslərin infeksiyanı başqalarına yoluxdurmasıdır. SİA-nın xəbərinə görə, bunu rusiyalı professor, Seçenovskiy Universitetinin pulmonologiya kafedrasının müdiri Sergey Avdeev bildirib.

“Koronavirus daşıyıcısı olub, lakin hazırda heç bir simptoa malik olmayan şəxslər bu infeksiyanın başqalarını yoluxduması şübhəsizdir. Hazırda virusun yayılmasınada əsas problem elə budur”,- deyə o bildirib.

Professor qeyd edib ki, xəstəliyin siptomsuz keçməsi əsasən daha cavan və sağlamlığı güclü olan şəxslərdə qeydə alınır: “Lakin hər kəsə məlumdur ki, bu gün yaşlı insanlar, xüsusilə də yoluxucu, şəkərli diabet və digər xəstəlikləri olan şəxslər koronavirusu daha ağır formada keçirirlər”.

O ki qaldı uşaqlara Avdeev vurğulayıb ki, uşaqlar da virusa yoluxa bilir: “Lakin onlar arasında da xəstəliyin asimtomatik keçirilməsi halı çox genişdir. Heç bir simptomu olmayan şəxslər yalnız virusun yüksəldiyi fonda verilən analiz nəticəsində virusa yoluxduğunu müəyyən edə bilər. Əgər bu faza artıq ötübsə, analiz nəticəsində həmin şəxsin sadəcə bu xəsəliyi keçirdiyi məlum olacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə