İzolyasiya və karantin arasındakı fərq nədir?

Demək olar ki, heç kim Çində baş verən və qısa müddət ərzində dünyada 1 milyondan çox insana yoluxan yeni növ koronavirusun - Covid-19 xəstəliyinin adını eşitməyən qalmayıb.

Bəs narahatlıqla izlədiyimiz bu epidemik xəstəlik üçün istifadə etdiyimiz terminlərin nə qədəri haqqında bilirik?

Xəstəliyi daha yaxşı başa düşməyinizə kömək edən COVID-19 terminləri:

Epidemiya: Müəyyən bir müddət ərzində müəyyən qrup insanlar arasında gözləniləndən daha çox xəstəliyin yayılmasıdır. Baş vermiş hadisəni bir cümlə ilə təsvir edə bilsək də, epidemiyanın mövcudluğunu müəyyənləşdirmək üçün risk faktorlarının retrospektiv qiymətləndirilməsi, hadisələrin geniş coğrafiyada görünməsi və uzun müddət yayılması, əvvəllər məlum olmayan patogenlərin amillər olması kimi bir çox amil var.

İnfeksiya: birbaşa və ya dolayı yoluxucu şəxsin başqa birinə yoluxdurması.

Mənbə: İnfeksiyanı qəbul edənə çatdıran qida, əşya, heyvan, və ya insan.

Ev sahibi: İçində və ya üstündə parazit kimi başqa bir orqanizmi ehtiva edən bir varlıq.

Hadisə: Xəstəliyi və ya sağlamlıq problemi olan bir adam.

Endemik: Müəyyən bir coğrafi ərazidə bir cəmiyyətdə bir xəstəliyin və ya yoluxucu obyektin daimi olması deməkdir. Yoluxucu bir xəstəliyin endemik olması üçün həmin xəstəliyə məruz qalan hər bir insan xəstəliyi orta hesabla bir adama ötürməlidir.

Epidemiya: Bir bölgədə, cəmiyyətdə və ya bir qrup insanda gözləniləndən daha çox bir xəstəliyin meydana gəlməsini ehtiva edir. Epidemik yoluxmalara səbəb olan xəstəliklər, qəfildən yayılması və ya xaricdən yeni bir virus səbəbiylə meydana gələ biləcək bir regional xəstəlikdir.

Pandemiya: Epidemiya kimi Yunan mənşəli olub, iki sözdən ibarətdir və Pan "hamısı" və demos "insanlar" mənasını verir. Başqa sözlə, pandemiya regional olmaqdan çıxmış və qlobal təsir göstərən epidemiyalara verilən ümumi bir addır.

Epidemiologiya: Yoluxucu xəstəliklərlə məşğul olan elm sahəsi.

Koronavirus: (CoV), ümumi soyuqdəymədən Orta Şərq Tənəffüs Sindromu (MERS-CoV) və Şiddətli Kəskin Tənəffüs Sindromu (SARS-CoV) kimi müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus ailəsidir.

COVID-19: Yeni koronavirusun yaratdığı xəstəliyə verilən ad. İlk dəfə Çində 2019-cu ilin sonlarında aşkar edilib. Xəstəliyin mənbəyi 7 yanvar 2020-ci ildə əvvəllər insanlarda aşkarlanmayan yeni bir koronavirus (2019-nCoV ya SARS-CoV-2) olaraq təyin olunub. Daha sonra bu virusun yaratdığı xəstəliyin adı COVID-19 olaraq qəbul edilib. Virusun mənşəyi hələ dəqiqləşdirilməyib. Lakin araşdırmalar qanunsuz satılan vəhşi heyvanlara işarə edir.

İnkubasiya dövrü: İnfeksiya ilə xəstəlik əlamətlərinin aşkara çıxdığı arasında vaxt. Yeni koronavirusun inkubasiya dövrünün 14 günə qədər olduğu deyilir.

Karantin: Yoluxucu xəstəliyin yayıldığı mənbədən (yerdən, ölkədən) gələn insanları, gəmiləri, malları və ya heyvanları izolyasiya olunmuş bir yerdə müvəqqəti saxlamaq və müşahidə etmək şəklində bir sağlamlıq tədbiri.
İzolyasiya: Xəstəliyin yayılmasının qarşısını almaq üçün xəstə insanları sağlam insanlardan ayırmaq üsulu.

Sanitariya: Ətraf mühitdə mikrob kolonizasiyasını xalq sağlamlığı üçün məqbul səviyyələrə endirmək və ya aradan qaldırmaq.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə