Dünya ölkələri koronavirus epidemiyasının inkişaf trayektoriyasını dəyişə bilər. SİA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreyesus gündəlik brifinq zamanı deyib.
O bildirib ki, ÜST virusun yayılması məsələsində ümidverici əlamətlər görür: "Bəzi ölkələr çoxlu sayda yoluxma barədə məlumat versələr də, 115 ölkədə ümumiyyətlə yoluxan olmayıb. Son iki həftə ərzində 21 ölkədə yalnız 1 yoluxma qeydə alınıb, 5 ölkədə isə yoluxan olmayıb".
Baş direktor əlavə edib ki, epidemiyanı kollektiv səylər nəticəsində dayandırmaq olar: "Əgər bütün ölkələr addım atsa, bu epidemiyanın trayektoriyasını dəyişmək olar".
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB