Həkim-anestezioloq-reanimatoloqu Xəyal Məmmədov Almaniyada təkmilləşdirmə kursunda iştirak edib

Hospitalımızın həkim-anestezioloq-reanimatoloqu Xəyal Məmmədov 2020-ci il yanvarın 18-dən fevralın 15-nə qədər Almaniyanın Essen şəhərində yerləşən “Elisabeth Krankenhaus” xəstəxanasında təkmilləşdirmə kursunda iştirak etmək üçün ezam olunmuşdur. O, bir ay müddətində hər gün terapevtik və cərrahiyyə reanimasiya şöbələrində pasiyentlərin diaqnozunun qoyulmasında, təyinatların verilməsində, müalicənin gedişatında və konsiliumların aparılmasında yaxından iştirak edib.

Dr.Xəyal Məmmədov “Elisabeth Krankenhaus” xəstəxanasının Terapevtik, Cərrahiyyə, Kardiocərrahiyyə və Anesteziologiya sahələri üzrə reanimasiya şöbələrində işin təşkili, uşaqlarda regional anesteziyanın aparılması, yüksək riskli xəstələr üzərində aparılan əməliyyatlarda yeni preparatların istifadəsi, anestezioloji metodikaların özəllikləri və ağrısızlaşdırma metodikalarda sedativ və ağrıkəsici preparatların müxtəlif kombinasiyaları ilə tanış olub.

Dr. Xəyal Məmmədovun Almaniyanın məşhur xəsəxanasına ezam olunmasında məqsəd bu xəstəxanada stasionar və ambulator xəstələrin müalicəsində istifadə olunan yeni metod və üsulları öyrənib Mərkəzi Gömrük Hospitalında tətbiq etməkdir.

Qeyd edək ki, “Elisabeth Krankenhaus” xəstəxanası Düsburg-Essen Universitetin akademik təhsil bazası hesab olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...