Çində bir gündə 29 nəfər koronavirusun qurbanına çevrilib

Çində yeni növ koronavirusdan ölənlərin sayı 2744 nəfərə çatıb, 32 495 nəfər isə sağalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Çində ümumilikdə virusa yoluxanların sayı 78 497 nəfərdir.

Son gün ərzində virusdan 29 nəfərin dünyasını dəyişdiyi, 433 nəfərin yoluxduğu, 2750 nəfərin isə sağaldığı bildirilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...