İranda koronavirusdan ölənlərin sayı 18 nəfərə çatdı

İranda koronavirusdan ölənlərin sayı 18 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Kiyanuş Cahanpur bildirib ki, koronavirusa 28 yoluxma hadisəsi qeydə alınıb. Ölkənin daha 5 vətəndaşı virusun qurbanı olub.

Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma fevralın 19-da qeydə alınıb. Daha əvvəl bildirilirdi ki, yoluxucu virusdan ölənlərin sayı 6 nəfərdir. 2019-nCoV koronavirusu ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. Artıq bu ölkədə 2 442 nəfər yeni virusun qurbanı olub. Çində koronavirusa yoluxanların sayı 76 939 nəfərə çatıb, daha 22 888 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...