Koronovirus qurbanlarının sayı 2 236 nəfərə çatdı

Çində koronovirusa yoluxanların sayı artmaqda davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, son rəqəmlərdə infeksiyaya yoluxanların sayının 75.4 min nəfərə çatdığı bildirilir.

“Ümumilikdə, dövlət qurumuna 31 əyalətdən (rayonlardan, mərkəzi tabeliyindəki şəhərlərdən) 75.465 təsdiq edilmiş yeni koronavirus infeksiyası barədə məlumat daxil olub. aldı. Onlardan 54.965 nəfəri xəstəlikdən əziyyət çəkir 11.633 nəfərinin vəziyyəti isə ağır qiymətləndirilir. Ümumilikdə 18 min 264 insan virusdan müalicə olunaraq xəstəxanalardan evə buraxılıb. Virus 2 236 nəfərin həyatına son qoyub”- deyə Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur.

Son gündə 889 nəfərin yeni vurusa yoluxduğu, 2109 nəfərin xəstəxanadan evə buraxıldığı, 118 nəfərin isə dünyasını dəyişdiyi açıqlanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə