Honq Konqda koronavirusa qarşı peyvənd hazırlanıb

Honq Konqda bir araşdırmaçı qrup tərəfindən koronavirusa qarşı peyvənd hazırlanıb. SİA "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin "South China Morning Post" qəzeti məlumat yayıb.

Honq Konq Universitetinin mikrobiologiya üzrə professoru Yen Kuok-Yunq xəbəri təsdiqləyib: “Artıq koronavirusa qarşı peyvənd yaratdıq, ancaq məhlulu heyvanlar üzərində sınamaq üçün çox vaxt lazım olacaq”.

Professorun sözlərinə görə, heyvanların müayinəsi bir neçə ay, insanın klinik sınaqları isə ən azı bir il çəkə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə