Travmatoloq-ortoped Dr.Ramin Rzayev “Həkimlərimizi tanıyın!”

“Həkimlərimizi tanıyın!” rubrikamızda sizlərə hər bir xəstəyə individual yanaşması, yüksək keyfiyyətli işi, mehriban xasiyyəti ilə seçilən yüksəkixtisaslı travmatoloq-ortoped Dr.Ramin Rzayevi təqdim edirik.

Dr. RAMİN RZAYEV Mərkəzi Gömrük Hospitalında oynaqların endoprotezləşdirilməsi, oynaqların artriskopiyası, yuxarı və aşağı ətrafların əyriliklərinin-deformasiyalarının korreksiyası, çanağın qapalı və açıq üsulla osteosintezi və digər ortopedik- travmatoloji əməliyyatların həyata keçirilməsi ilə məşğuldur.

1996-cı ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuş Dr. Ramin Rzayev 2001-ci ildə təhsilini Rusiya Federasiyası akademik İ.Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetində davam etdirmiş və 2003-cü ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

2003-2004-cü illərdə Rusiya Federasiyasının Sankt-Peterburq diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyasının professor İ. Djanelidze adına Sankt-Peterburq Təcili Yardım Elmi Tədqiqat İnstitutu nəzdində Ağır Zədələnmələrin Cərrahiyyəsi kafedrasında ümumi cərrahiyyə üzrə internatura təhsili almışdır.

2004-2006-cı illərdə Rusiya Federasiyasının Sankt-Peterburq diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyasının professor R.R. Vreden adına Travmatologiya-Ortopediya Elmi Tədqiqat İnstitutu nəzdində Travmatologiya-ortopediya kafedrasında təhsilini davam etdirərək travmatoloq-ortoped ixtisasına yiyələnmişdir.

2006-cı ildə Sankt-Peterburq diplomdan sonrakı təhsil üzrə Tibb Akademiyasının travmatologiya-ortopediya üzrə aspiranturasına qəbul olmuş və 2010-cu ildə “Çanaq zədələnmələrinin müasir üsullarla müalicəsi” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini müdafiə etmişdir. O, 2011-ci ildən Mərkəzi Gömrük Hospitalında travmatoloq-ortoped kimi fəaliyyət göstərir və 2017-ci ildən Travmatologiya-ortopediya şöbəsinin rəisidir.

Rusiya Federasiyası Dövlət İxtiraçılar reyestrində qeydiyyatdan keçmiş “Eksternal osteosintez zamanı sümüyün xarici fiksasiya aparatına birləşdirmə üsulu” və “Çanağın ön və arxa şöbələrinin bütövlüyünün pozulması ilə müşaiyət olunan zədələnmələrinin müalicə üsulu” patentlərinin həmmüəllifidir. Daim öz üzərində işləyən və təcrübəsini zənginləşdirən Dr. Ramin Rzayev daim müxtəlif beynəlxalq elmi-praktiki konfranslarda, konqreslərdə, təkmilləşdirmə kurslarında və seminarlarda poster və məruzələrlə çıxış edir.

Dr. Ramin Rzayev Rusiya Travmatoloq-Ortopedlər Assosiasiyasının və Türkiyə Ortopedlər və Travmatoloqlar Cəmiyyətinin üzvüdür. Həkim barədə daha ətraflı məlumat almaq üçün linkə daxil ola bilərsiniz:

https: https://customshospital.az/ramin-rzayev/. Həkimin qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.

Bütün xəbərlər Facebook səhifəmizdə