Dr. Müseyib Əhmədov “Həkimlərimizi tanıyın!”

“Həkimlərimizi tanıyın!” rubrikamızda sizlərə peşəkarlığı, yanaşması ilə seçilən və pasiyentləri arasında böyük rəğbət qazanmış yüksəkixtisaslı travmatoloq-ortoped Müseyib Əhmədovu təqdim edirik.

Dr. Müseyib Əhmədov Mərkəzi Gömrük Hospitalında ortopedik və travmatoloji müayinələrin müasir metodlarla aparılması, sınıqların cərrahi müalicəsi, bud-çanaq və diz oyaqlarının endoprotezləşdirilməsi əməliyyatları, artoskopik cərrahiyyə, estetik ortopedik cərrahiyyə, ön çarpaz bağ, menisk cırılması, idman travmaları, uşaq ortopedik cərrahiyyəsi, bud-çanaq oynağının anadangəlmə çıxıqları, yaşlı pəncəlik, uşaqlarda anadangəlmə anomaliyalar və deformasiyaların müalicəsini həyata keçirir.

Qeyd edək ki, Dr. Müseyib Əhmədov 1994-cü ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 1994-1995-ci illərdə 1 saylı Hərbi Hospitalda travmatologiya və ortopediya ixtisası üzrə internatura təhsili almış və 1997-1998-ci illərdə Ukraynanın Xarkov şəhərində Sitenko adına Travmatologiya və Ortopediya İnstitutunda ordinatura keçmişdir.

Dr. Müseyib Əhmədov əmək fəaliyyətinə 1995-ci ildə Ukraynanın Mariupol şəhərində başlamış, 2000-2002 -ci illərdə Bakı şəhəri Travmagoloji və Ortopediya klinik xəstəxanasında işləmişdir.2002-2009-cu illərdə Səudiyyə Ərəbistanı Krallığının Buraydah şəhərində yerləşən Buraydah Mərkəzi Hospitalında həkim travmatoloq-ortoped kimi çalışmışdır. Dr. Müseyib Əhmədov 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında travmatoloq-ortoped kimi fəaliyyət göstərir.

Dünya mətbuatını izləyərək tibbin ən yeni nailiyyətlərini öz təcrübəsində tətbiq edir. O, həkimlik fəaliyyəti ilə bərabər, həmçinin, çoxsaylı mötəbər beynəlxalq və yerli konfrans, seminar və təkmilləşdirmə kurslarında iştirak edib. Bu sıradan olan 2014-cü ildə İtaliyanın Roma şəhərində “Oynaq və sümük cərrahiyyəsi”, 2016-cı ildə Avstriyanın Zalsburq şəhərində Uşaq ortopediya və travmatologiyası”, 2017-ci ildə Türkiyənin Antalya şəhərində XXVII Beynəlxalq Türk Ortopedik və Travmatoloji konqresində, 2018-ci ildə İspaniyanın Barselona şəhərində Avropa Ortoped-Travmatoloqlar Assosiasiyasının 19-cu konqresində iştirak edib. Dr. Müseyib Əhmədov Səudiyyə Ərəbistanı Tibb Assosiyasiyasının və Avropa “AO. Spine” Cəmiyyətinin üzvüdür. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/museyib-ahmedov/

Dr. Müseyib Əhmədovun qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404 08 08.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...