Hər 4-5 uşaqdan biri pedofillə rastlaşır: onları necə tanıyaq?
DƏHŞƏTLİ FAKTLAR!
Xəbər saytlarında tez-tez adı çəkilən, cəmiyyətdə insanların ən çox çəkindiyi, qorxduğu, uşaq manyakı kimi tanıdığı pedofillər kimlərdir? Onların uşaqlara qarşı bu münasibətinin əsas səbəbi nədir? Pedofilləri necə tanımalı, uşaqları onlardan necə qorumalı?
Daha çox uşaq bağçası, məktəblər, uşaq və yeniyetmələr çox olan yerlərin həndəvərində hərlənən pedofillərdən qorumaq üçün valideynlər, bu barədə düzgün məlumata malik olmalı və uşaqlarla da bu barədə etik çərçivədə, qorxutmadan, psixoloji diskomfort yaratmadan söhbət etməlidirlər.
Medicina.az uşaqları seksual təcavüzdən qorumaq üçün dünyanın tanınmış psixoloqlarının tövsiyələrini bir araya cəmləyib.

1. Pedofillər kimdir?
Pedofillər cinsi yetişkənlik dövrünə qədəm qoymayan və hər hansı seksual məlumatı olmayan, seksual hərəkətlərin yol verilməsi qanun və cəmiyyətdə qadağan olunan yaş həddində - 0 – 13 yaş arası uşaqlara cinsi istək duyan və fürsət düşən kimi bu tələbatı müxtəlif yollarla ödəməyə çalışan adamlardır.
Uşaqlara cinsi istək və təcavüz o qədər ağır və tabu olan mövzudur ki, bu barədə elmi araşdırmalar da azdır. Amma kanadalı psixiatr Malo qeyd edib ki, Yer üzündəki bütün kişilərin 1%-i açıq və ya gizli pedofildir.
Pedofillər 2 qrupa bölünür: psixiatriyada bunlara procontact – yəni canlı uşaqlarla kontakta girən və noncontact – canlı uşağa yaxın getməyənlər adı verilib.
Əslində, valideyn gözü ilə baxdıqda, uşaqlarla kontakta girən tiplər daha qorxuludur.
Belə insanları ilk baxışdan ayırd etmək praktiki olaraq mümkün deyil. Amma bu günə qədər qeydə alınmış faktların statistikası göstərir ki, 10 hadisədən 3-4-ü uşağın ailəsinə yaxın insanlar, qohumlar və ailəni tanıyan insanlar tərəfindən törədilir.
2. Yolda, məktəb ətrafında, yaxınlar arasında pedofili necə tanımalı?
Britaniyalı mütəxəssislər bildirir ki, əgər gənc və ya orta yaşlı kişidə aşağıdakı əlamət və davranışlar varsa, ondan ehtiyat etmək lazımdır:
- Uşağa səbəbsiz yerə hədiyyələr, pul verir, onun ürəyindən keçənləri öyrənir və sonra onları alır
- Uşaq vanna və tualetdə olarkən, tez-tez ora girir
- Yaxınlarına israrla uşağı onun yanında qoyub getmələrini istəyir, bildirir ki, guya, uşağa baxacaq
- Guya, təsadüfən uşağın intim orqanlarına toxunur, sığallayır
- Əgər müəllimdirsə, uşaqlar arasından birini qurban kimi seçir, onunla xüsusi davranır, onu tərifləyir
- Uşaqlara intim suallar verir: kimi sevirsən, intim orqanının adı nədir, kimisə öpmüsənmi?
- Uşaqla fiziki təmasda çox olur: öpmək, qucaqlamaq, dizi üstündə oturtmaq, yatırmaq, qıdıqlamaq, sığallamaq, bədənini cimdikləmək - əslində, bu hərəkətlər sevgi göstəricisi də ola bilər. Amma alimlər yad bir kişinin, oğlanın yerli-yersiz və çox sayda bu hərəkətləri etdiyini seksual təcavüz formalarına daxil edir.
- Uşaqla qapalı otağa çəkilir, guya, söhbət edir, oynayır, kimsə qapını döymədən içəri girəndə özünü itirir, acıqlanır
- Uşaqlarla, yeniyetmələrlə söhbətdə yetkin insanlara məxsus seksual sözlərdən, leksikondan istifadə edir
Uşaqla kontakta girib, fiziki həzzi canlı yaşamaq istəyən pedofillər uşağı və ailəsini aylarla, bəzən illərlə özünə alışdırır, onları öyrənir, qurbanı az qala doğulandan tanıyır.
Sonra nə baş verir: bütün bu oyunlar 2 ssenari ilə davam edir: ya birbaşa hücum – təcavüz, intim əlaqə baş verir və ya uşağı özündən asılı vəziyyətə salaraq özünə bağlayır. Uşaq sanki könüllü olaraq onun xidmətində durur, ya pedofili sevir, ya utanır, ya da qorxur. Ona görə təcavüzə məruz qalması barədə susur.

3. Uşağın pedofil qurbanına çevrildiyini necə anlamalı?
Bəzən valideynlərə elə gəlir ki, övladlarını hamıdan yaxşı tanıyırlar, hər dərdini gözlərindən anlayırlar. Amma təəssüf ki, təcrübədə bunun əksini görürlər.
Valideyn övladı ilə nə baş verdiyini anlamaq üçün onun seksual inkişaf mərhələləri barədə məlumatlı olmalı, hansı yaşda necə davrandığımı bilməlidir.
- 0-5 yaş arası uşaqlar üçün – öz cinsiyyət orqanlarının ya adını, ya uşaq dili ilə izahını açıq deməsi, orqanlarını kiməsə, ya bir-birinə göstərməsi, maraqlanması, öz orqanına gizlicə baxması, öyrənməsi, soruşması, ata-anasından uşağın hardan gəlməsi barədə suallar verməsi normaldır.
Nə normal deyil: o yaşda uşağın böyüklərə xas cinsi əlaqə davranışını oyuncağı və ya canlı insan üzərində imitasiya etməsi, sözlərində cinsi əlaqə barədə terminlər işlətməsi. Əgər bu hallar varsa, deməli kimsə sizin övladınıza bu barədə gizli "dərs” keçir.
- 6-12 yaşlı uşaqlar üçün – hamiləlik, menstruasiya, böyüklərin bir-biri ilə davranışı, evlənmək, uşaq doğumu barədə öyrənməyə meyilli olması, həkim-həkim oyunu ilə digər yaşıdları üzərində hansısa anatomik bilgi alması üçün bədənə toxunma, belə kitablar, videolar axtarması, gizlicə masturbasiya etməsi normaldır. Çünki bu yaş arası cinsiyyət orqanları pik inkişaf dövrünə qədəm qoyur, hormonlar qurulur.
- Nə normal deyil: Uşağın çox, açıq-aşkar, çəkinmədən masturbasiya etməsi, seks barədə məlumatlı olduğunu büruzə verib, bununla öyünməsi, cinsi akt barədə açıq-aşkar deməsi, hər şeyi adı ilə çağırması, özündən böyük oğlan və kişilərlə maraqlanması və s.
4. Uşaqda stress, qorxu dərəcəsinin dəyişməsi və artmasına da diqqət yetirin.
- Sakit, normal uşaq qəfildən qorxur, ağlayır, gecələr kabus görür, sayıqlayırsa... Xüsusən sayaqlayarkən dediyi sözlərə diqqət yetirin.
- Yatarkən yanında saxladığı oyuncaq, xüsusən gəlinciklə intim davranışı varsa, diqqət yetirin
- Uşaq təkliyə qapılır, əvvəl ünsiyyət qurduğu yaşıdları, rəfiqəsi, dostlarından uzaq gəzir
- Evə dərsdən qayıdanda əyin-başına fikir verin: əgər torpağa batmış, sanki divara söykənmiş kimi izlər, çirk varsa, paltarı əynində normal durmursa
- Uşaq çimizdirilməkdən imtina edir, hamama özü gedir. Bu zaman uşağın mütləq bədənini müayinə edin: sinəsində, ayaqlarında, intim nahiyələrdə izlər, göyərmələr, sıyrıqlar ola bilər. "Bu izlər hardandır” sualını verəndə, uşaq fikri yayındırır, ağlayır, qaçır, normal izah vermir
- Uşaqda sizin almadığınız yeni əşyalar, oyuncaqlar, geyim, xırda əşyalar, hətta xırda pullar peyda olur
- Uşağın yeni tanışları meydana çıxır, amma onlar barədə danışmır, adını gizlədir, sizi tanış etmir
- Uşağın nitqində yeni sözlər meydana çıxır
- Uşağın əhvalı dəyişir, xüsusi yerlərdən keçəndə qorxur, o həndəvərdən keçmək istəmir, insan çox olan yerlərə qaçır, məktəb-ev yolunu dəyişmək istəyir, geriyə boylanaraq, yolu həyəcanla gedir
- Eləcə də uşağın alt paltarlarında hər hansı iz, su izi, maye izi görmək olar

23 % hallarda uşaqlar üzərində seksual təcavüzü elə uşaqlar icra edir: yeniyetmələr kiçik yaşlı uşaqlar, gənclər isə yeniyetmələr üzərində.
Hazırda pedofilizmlə bağlı statistika qorxulu həddədir, belə insanların sayı hər keçən gün artır. Amerikalılar hesab edir ki, onların ərazisində hər 2 kv.m əraziyə bir pedofil düşür.
Dünya statistikasına görə, 18 yaşına kimi hər 4-5 qızdan biri pedofillə rastlaşır. Oğlanlara gəldikdə isə, onlardan hər 7-10-undan biri ömründə bir dəfə də olsa bu və ya digər şəkildə pedofillə üzləşib.
Qeyd edək ki, qaranlıq tinlərdə, küçələrdə tək gedən qızları çağırıb, cinsiyyət orqanını göstərib, seksual zorakılıq xarakterli sözlər işlədən şəxslər də ruhi xəstə yox, pedofildir. Onlar pedofilliyin artıq daha ağır dərəcəsində hesab olunur.

Xəbər lenti
Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
15 Oktyabr 21:52
Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
15 Oktyabr 21:28
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;