Bu pəhriz növü beyin qocalmasına "dur" deyir!

Bu pəhriz növü beyin qocalmasına "dur" deyir!

Amerika tədqiqatçıları yeni iddia ilə çıxış eiblər. Onların iddiasında göstərilir ki, vegetarian pəhrizi beyin qocalmasının qarşısını almağa kömək edə bilər.

Naked-science. ru saytında yer alan xəbərdə qeyd olunur ki, ABŞ-ın Raşa Universitetinin mütəxəssisləri bununla bağlı təcrübə keçiriblər. Təcrübədə 70-80 yaşda könüllülər iştirak ediblər. Beş il ərzində iştirakçıların intellektual göstəricilərində olan dəyişikliklər qeydə alınıb. Mütəxəssislərin mülahizələrinə görə “yaşıl” pəhriz yaşlı adamların beynində olan pozulmaların qarşısını alıb. Belə ki, ABŞ-da “Alsqeymer” xəstəliyi (beyinlə bağlı xəstəlik) geniş yayılıb və adətən ölümlə nəticələnir. Buna görə də dietoloqlar yaşlı insanlara ət, pendir, unlu və qızartma yeməklərdən az istifadə etməyi məsləhət görürlər. Həkimlər yaşlılara tərəvəz, paxlalılar, giləmeyvə və dənli bitkilərlə qıdalanmağı tövsiyə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə