Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında Beynəlxalq Həkimlər Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva çıxışında dünyanın bir çox ölkələrində hər il oktyabr ayının birinci bazar ertəsinin Beynəlxalq Həkimlər Günü kimi qeyd olunduğunu bildirib.
Vurğulanıb ki, bu günün qeyd olunmasının təşəbbüskarları Dünya Səhiyyə Təşkilatı və “Sərhədsiz həkimlər” beynəlxalq tibbi humanitar təşkilatıdır. Qeyri-hökumət təşkilatı olan “Sərhədsiz həkimlər”in əməkdaşları dünyanın bəzi bölgələrində milli və dini mənsubiyyətinə fərq qoymadan insanlara tibbi yardım göstərir. Həmçinin könüllülər təşkilatı QİÇS və narkomaniya ilə mübarizəyə yönəlmiş profilaktik və maarifləndirmə işi ilə məşğuldur.
Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov “Naxçıvan Muxtar Respublikası səhiyyəsinin dünəni və bu günü”, Naxçıvan Muxtar Respublika Xəstəxanası Təcili, təxirəsalınmaz planlı tibbi yardım şöbəsinin müdiri Pəri Əliyeva “Səhiyyə müəssisələri əhalinin sağlamlığının etibarlı təminatçısıdır” mövzularında məruzələr ediblər.
Qeyd olunub ki, muxtar respublikanın tibb işçiləri bundan sonra da insanların sağlamlığının etibarlı təminatçısı olacaq, yaradılan şəraitdən istifadə edərək səhiyyənin inkişafına öz töhfələrini verəcəklər.
Əmək fəaliyyətində xidmət və uğurlarına görə 6 tibb işçisinə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin fəxri fərmanları təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB