Zərərli qidalar dişlərimizi və təbəssümümüzü korlayır

Zərərli qidalar dişlərimizi və təbəssümümüzü korlayır

Stomatoloqlar dişlərə zərərli olan qidaların siyahısını hazırlayıblar. Buraya ilk növbədə giləmeyvələr, turş içkilər – limon, qarağat, qaragilə, itburnu şirələri və çayları aiddir. Mütəxəssislər turş içkiləri çubuqla içməyi məsləhət bilirlər.

Bununla yanaşı, çoxlu şirniyyat yemək də dişləri sıradan çıxarır. Stomatoloqlar bildirmişlər ki, antidepressantlar, təzyiq dərmanı və sair preparatlar da dişlərə mənfi təsir göstərir. Həmçinin, hovuzda xlorlaşdırılmış suda çimmək “sağlam təbəssüm”ə maneə yarada bilər. Statistikaya görə, üzgüçülərin 6 faizi dişlə bağlı problemlər yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə