Gözün buynuz qişasının idxalı və transplantasiyasına icazə verilib
Gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə verən qanun layihəsini qəbul edilib. SİA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Layihə barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
O bildirib ki, həmin siyahıya gözün buynuz qişası da əlavə edilib. Yəni, bundan sonra gözün buynuz qişasının Azərbaycana gətirilməsinə icazə veriləcək.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB