Xəstəxanada ölən uşaqla bağlı araşdırma aparılır RƏSMİ

Xəstəxanada ölən uşaqla bağlı araşdırma aparılır RƏSMİ

Bakıda 4-cü sinif şagirdi Respublika Uşaq Klinik Xəstəxanasında dünyasını dəyişib. Məsələ ilə bağlı SİA-ya açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Cavid Xəlilov bildirib ki, ilkin məlumata görə, bronxial astma xəstəliyindən əziyyət çəkən 2007-ci il təvəllüdlü Əyyubzadə Səccad Mircəfər oğlu Respublika Uşaq Klinik Xəstəxanasına ölü daxil olub.

Onun sözlərinə görə, hazırda faktla bağlı prokurorluq orqanlarında araşdırma aparılır: "Səhiyyə Nazirliyi məsələni diqqətdə saxlayır".

Məlumat üçün nəzərinizə çatdıraq ki, uşağın valideynləri övladlarının həkim səhlənkarlığı ucbatından öldüyünü bildirirlər.

Qeyd edək ki, Əyyubzadə Səccad Mircəfər oğlu 4-cü sinif şagirdidir.

Bütün xəbərlər Facebook səhifəmizdə